')

Bu gün:


FutbolPress.Az | AY UZUN SAÇ...

AY UZUN SAÇ...


oxunma sayı: 194 Paylaş:

Avstraliyada aşağı liqaların birində çıxış edən "Simpson" komandasının futbolçusu Natan van Someren saç düzümü ilə əlaqədar meydançadan qovulub. Hakim onun uzun saçların digər oyunçulara təhlükə yarada biləcəyi qənaətinə gəlib.

O, van Somerenə matçın ikinci yarısında qırmızı vərəqə göstərib. Görüş öncəsi hakim idmançıya xəbərdarlıq edib ki, belə saç düzümü ilə oynamağa icazə verməyəcək. Futbolçu referinin zarafat etdiyini düşünüb. Çünki əvvəllər hakimlər onun saç düzümünə tez-tez gülüblər.

Van Somerenin niyə məhz ikinci yarıda qovulmasının səbəbi məlum deyil. 25 yaşlı oyunçu saç düzümünü dəyişmək fikrində olmadığını deyib. Liqanın rəhbərliyi isə bildirib ki, van Somerenin cəzalandırılmasına əsas yoxdu. Çünki o, belə saç düzümü ilə çox oynayıb.


oxunma sayı: 194 | Paylaş:




?>