')

Bu gün:


FutbolPress.Az | SON ÇEMPİONUN ƏSƏBLƏRİ TARIMA ÇƏKİLİB

SON ÇEMPİONUN ƏSƏBLƏRİ TARIMA ÇƏKİLİB


oxunma sayı: 122 Paylaş:

Növbəti mövsüm yenə uğursuzluq yaşamaq istəməyən "Bavariya" "Şalke"nin qapıçısı Manuel Noyeri transfer etməkdə israrını hər ötən gün bir az daha büruzə verir. "Bild"in verdiyi xəbərə görə, Münhen təmsilçisi "şaxtaçılar"ın 18 milyon avroluq təklifi rədd etməsindən sonra təcrübəli qolkiperin dəyərini 21 milyon avroya qaldırıb.

Məsələ ilə bağlı açıqlama verən "Şalke"nin idman direktoru Hors Heldt - "Hazırda Noyer dünyanın ən yaxşı qapıçısıdı. Biz onu komandadan göndərmək niyyətində deyilik" - deyib.

Manuel Noyer xüsusilə komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləməsində sərgilədiyi oyunla diqqət çəkmişdi.


oxunma sayı: 122 | Paylaş:




?>