')

Bu gün:


FutbolPress.Az | ÖZÜ LONDONDA, ÜRƏYİ KATALONİYADA

ÖZÜ LONDONDA, ÜRƏYİ KATALONİYADA


oxunma sayı: 101 Paylaş:

"Arsenal"da əsas heyətə düşməməkdən şikayətlənən Niklas Bendtner məsələ ilə bağlı baş məşqçi Arsen Vengerlə ciddi söhbət edəcəyini bildirib. Təcrübəli futbolçu bu mövsüm London klubu ilə cəmi 14 matçda iştirak edib.

Bendtner açıqlamasında deyib: "Əvvəlcə Vengerlə danışmaq istəyirəm, çünki sağ cinahda oynamaqdan məmnun deyiləm. Bundan əlavə, əsas heyətdə də yer ala bilmirəm. Yenə də komandam üçün əlimdən gələni edirəm. Hazırda hər şeydən önəmlisi mövsümü yaxşı bir yerdə tamamlamaqdı. Bunun üçün çalışıram".

"Arsenal"dan ayrılacağı gündəmə gələn 23 yaşlı futbolçu - "Əgər istədiyim komandaya gedəcəyəmsə, bu qəti olaraq "Barselona" olardı. Futbolda heç vaxt idealım olmayıb. Ancaq Xavi və İnyesta ilə birlikdə oynamaq nəyə desəniz dəyər".


oxunma sayı: 101 | Paylaş:




?>