RONALDO ƏFSANƏVİ PUŞKAŞ VƏ MESSİNİ QABAQLADI (VİDEO)
Paylaş:
İspaniya La Liqasının XXXVI turunda "Hetafe" ilə oyunda het-trik edən Ronaldo iki rekord müəyyənləşdirib. Portuqaliyalı futbolçu bu mövsümdə qatıldığı bütün turnirlərdə 49-cu qolunu vuraraq əfsanəvi Ferents Puşkaşın 1959/60-cı illər mövsümündəki rekordunu təzələyib. İndiyə qədər "Real"ın tarixində bir mövsümdə ən çox qol vuran macar futbolçu idi (47 top). Bundan başqa Ronaldo İspaniya çempionatında da rekord vurub. O, "Hetafe" ilə matçda mövsümdə 6-cı het-trikini rəsmiləşdirib. İndiyədək heç bir futbolçu 1 mövsümdə 6 və ya daha çox het-trik müəllifi olmamışdı. 4 gün ərzində baş tutan 2 matçda 7 qol vuran Ronaldo XXXVI turdan sonra 36 qolla bombardirlər siyahısındakı ən yazın izləyicisi Lionel Messini 5 top qabaqlayır.
| Paylaş: