"ÇELSİ" "1:0" ÖNDƏ
Paylaş:
"Anderlext"in forması geyinən Romelu Lukaku göstərdiyi performansı ilə nəhəng klubların diqqətini çəkmədə davam edir. İtaliya mətbuatının verdiyi xəbərə görə, 17 yaşında olmasına baxmayaraq böyük komandaların hədəfində olan gənc futbolçu "Roma"nın da transfer siyahısına düşüb. Paytaxt təmsilçisi mövsümün sonunda Lukaku üçün belçikalılara təklif göndərəcklərini bildirib. Digər tərəfdən Lukakunu komandasına görmək isətəyən klublardan yalnız "Çelsi" ciddi təkliflə "Anderlext"in qapısını döyüb. Bu səbəbdən oyunçunun Londona gedəcəyi daha real görünür. "Roma" isə bu transferi reallaşdıra bilməsə, ya "Palermo"lu Abel Hernandes, ya da "İnternasional"ın forvardı Leandro Damiaonun keçidi həll etməyə çalışacağını deyib.
| Paylaş: