')

Bu gün:


FutbolPress.Az | FİNALIN ADI: "İNTER" - "PALERMO" (YENİLƏNİB)

FİNALIN ADI: "İNTER" - "PALERMO" (YENİLƏNİB)


oxunma sayı: 266 Paylaş:

İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Ötən həftə Seriya A-da çempionluğunu elan edən "Milan" səfərdə "Palermo" ilə qz-üzə gəlib. İlk oyunda cütlüyün favoriti "rossonerlər" hesab olunsa da, Alleqrinin yetirmələri qonaqların ciddi müqaviməti ilə qarşılaşmış və matç 2:2 hesabı ilə bitmişdi.

Cavab görüşünə sərfəli nəticə ilə çıxan "Palermo" evdə də rəqibinə göz verib işıq verməyib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissəsi qolsuz bitəb matçın 63-cü dəqiqəsində Miqliaççio "Palermo"nu önə keçirib. 10 dəqiqə sonra Bovo fərqi artırıb. "Milan"ın gücü isə sadəcə təsəlli qoluna çatıb. 90-cı dəqiqədə İbrahimoviç fərqlənib. Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan "Palermo" adını finala yazdıran ilk komanda olub.

Kubokun digər finalçısının adına "İnter" - "Roma" matçında aydınlıq gəlib. İlk oyunda səfərdə paytaxt təmsilçisini minimal hesabla məğlub edən "neradzuro" bu dəfə sərfəli üstünlüklə doğma meydanda rəqibini qarşıladı. İlk hissəsi qolsuz bitən görüşün 58-ci dəqiqəsində "İnter" Eto ilə hesabı açıb. 84-cü dəqiqədə isə Boryello "canavarlar"ın bərabərlik qolunu vurub. Oyun heç-heçə ilə bitsə də, "İnter"in səfərdə fərqlənməsi onu finala çıxartdı.

İtaliya kuboku Yarımfinal

Cavab oyunları

10 may

"Palermo" - "Milan" - 2:1 (2:2)
Qollar:
Miqliaççio, 63, Bovo, 73 (pen) - İbrahimoviç, 90

11 may

"İnter" - "Roma" - 1:1 (1:0)
Qollar:
Eto, 58 - Borryello, 84


oxunma sayı: 266 | Paylaş:




?>