')

Bu gün:


FutbolPress.Az | ÇEMPİON - "BARSELONA"! (YENİLƏNİB)

ÇEMPİON - "BARSELONA"! (YENİLƏNİB)


oxunma sayı: 235 Paylaş:

İspaniya La Liqasında XXXVI turun oyunlarına yekun vurulub. İlk oyun günündə 4 qarşılaşma oynanılıb. Avroliqaya düşməyi hədəfləyən "Atletik" və "Atletiko" bu tur məğlubiyyətlə üzləşiblər. Səfərdə "Departivo"nun qonağı olan Bilbao təmsilçisi rəqibinə 2:1 hesabı ilə uduzub. Eyni aqibəti "Atletiko" "Rasinq" qarşısında yaşayıb.

Hazırki lider "Barselona"nın əsas izləyicisi olan "Real" doğma meydanda "Hetafe"yə divan tutub. Madrid klubu autsayderin qapısından 4 cavabsız top keçirib. Bu toplardan 3-nü komandanın əsas "qol silahı" olan Ronaldo aktivinə yazıb. Digər qolu isə qonaqların qapısına benzema vurub.

İkinci oyun günündə La Liqanın bu mövsümkü çempionunun və elitanı tərk edən klubların adına aydınlıq gəlib. "Almeriya" doğma meydanda "Valensiya", "Herkules" "Malyorka" ilə bərabərə qalaraq ikinci liqaya düşüblər. "Barselona" isə "Levante" səfərindən 1 xal qazanaraq çempionluğunu elan edib. Kataloniya təmsilçisi bununla da, ardıcıl 3-cü, tarixi ərzində isə 21-ci dəfə İspaniya çempionluğunu qeyd etmiş oldu. Artıq Qvardiolanın komandası La Liqanın sonuna 2 tur qalmış qızıl medalları qazandı.

İspaniya La Liqası XXXVI tur

10 may

"Departivo" - "Atletik" - 2:1
Qollar:
Adrian, 22, Kastilyo, 71 (avtoqol) - Toquero, 3.

"Malaqa" - "Sportinq" - 2:0
Qollar:
Baptista, 9, Eliseu, 68.

"Rasinq" - "Atletiko" - 2:1
Qollar:
Bakırcıoğlu, 38, Rosenberq, 48 - Suares, 11.

"Real" - "Hetafe" - 4:0
Qollar:
Ronaldo, 24; 58; 90 (pen), Benzema, 77.

11 may

"Almeriya" - Vilyareal" - 0:0

"Levante" - "Barselona" - 1:1
Qollar:
Kaysedo, 41 - Keyta, 28

"Real Soseydad" - "Zaraqoza" - 2:1
Qollar:
Tamudo, 24, Aranburu, 88 - Fernandes, 53

"Espanyol" - "Valensiya" - 2:2
Qollar:
Osvaldo, 19, Qalan, 76 - Soldado, 9, Mata, 25

"Herkules" - "Malyorka" - 2:2
Qollar:
Sendoa, 12; 41 - Viktor, 76, Vebo, 79

"Osasuna" - "Sevilya" - 3:2
Qollar:
Sola, 46; 87, Lekiç, 90 - Neqredo, 26; 28


oxunma sayı: 235 | Paylaş:




?>