')

Bu gün:


FutbolPress.Az | SİMONE LEYTE OĞLUNU PREMYER LİQAYA APARIR

SİMONE LEYTE OĞLUNU PREMYER LİQAYA APARIR


oxunma sayı: 143 Paylaş:

"Real"ın futbolçusu Kaka karyerasını növbəti mövsümdən İngiltərə Premyer Liqasında davam etdirə bilər. "AS"qəzetinin verdiyi xəbərə görə, braziliyalı oyunçunun anası Simone Leyte "twitter" səhifəsində dini səbəblər üzündən Londona gedəcəklərini yazıb.

Kakanın Premyer liqaya transfer olunacağı haqda məlumat olmasa da, bu xəbər İspaniya mətbuatında ajiotaj yaradıb.

Simone Leyte "twitter"də yazıb: "Qarşıdakı mövsüm tanrının sözünü başa salmaq üçün Londonda olacağıq. Avqust ayında İngiltərəyə köçəcəyik".

Kakanın birdəfəlik Londona gedib-getməyəcəyi haqda suala isə təcrübəli futbolçunun anası cavab verməyib. 


oxunma sayı: 143 | Paylaş:




?>