')

Bu gün:


FutbolPress.Az | FOQTS TORRESİ, SADIQOV MESSİNİ SEÇDİLƏR

FOQTS TORRESİ, SADIQOV MESSİNİ SEÇDİLƏR


oxunma sayı: 447 Paylaş:

FutbolPress: Dünyanin ən yaxşı futbolçusu bütün yığma komandaların baş məşqçiləri və kapitanları arasındakı səsverməylə müəyyənləşir.

Yığma komandanın baş məşqçisi Berti Foqts "İlin ən yaxşı futbolçusu" adına İspaniya yığmasının və "Liverpul"un forvardı Fernando Torresi layiq bilib. O, bu nominasioyada ikincliyi Almaniya yığmasının kapitanı Mixael Ballaka, üçüncü yeri isə Ballakla eyni klubda ("Çelsi") oynayan Con Terriyə verib.

Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov isə eyni ardıcıllıqla bu futbolçulara səs verib: Lionel Messi, Xavi Ernandes, Kriştianu Ronaldo. Qalib futbolçuya FİFA-nın "Brilyant Top" mükafatı təqdim olunur

 


oxunma sayı: 447 | Paylaş:




?>