')

Bu gün:


FutbolPress.Az | "BEŞİKTAŞ" COŞDU: KAKA VƏ MAYKON GƏLSİN

"BEŞİKTAŞ" COŞDU: KAKA VƏ MAYKON GƏLSİN


oxunma sayı: 146 Paylaş:

"Beşiktaş"a ulduz axını davam edir. Bu mövsüm etdiyi transferlərlə diqqət çəkən "Qara qartal"ın prezidenti Yıldırım Dəmirörən daha iki məşhur futbolçunu İstanbula gətirməyi planlaşdırır.

Mövsümün əvvəlində Quti və Kuarejma, ara transferdə Fernandes, Simao və Almeydanı heyətinə cəlb edən "ağ-qaralar" indi də "İnter"li Maykon və "Real"lı Kakanı almaq istəyir.

"Bundan sonra hədəfi kiçiltmək olmaz" - deyən Dəmirörən bu oyunçuları almaqda israrlıdı. Xüsusən Kakanı keçidini həll etmək üçün rəhbərlik kluba yaxın olan menecer Yorge Mendesdən istifadə edəcək.

"Beşiktaş" rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Qutinin yerinə məhz Kaknın gətirilməsini düşünür.


oxunma sayı: 146 | Paylaş:




?>