')

Bu gün:


FutbolPress.Az | BU FUTBOLÇU 8 İLDİ ARD-ARDA ÇEMPİONLUQ YAŞAYIR

BU FUTBOLÇU 8 İLDİ ARD-ARDA ÇEMPİONLUQ YAŞAYIR


oxunma sayı: 140 Paylaş:

"Milan"ın forvardı Zlatan İbrahimoviç unikal nailiyyətə imza atıb. 29 yaşlı isveçli futbolçu ardıcıl 8-ci dəfə ölkə çempionatlarının qalibi olub.

O, 5 klubun tərkibində Hollandiya, İtaliya, İspaniya çempionu adını qazanıb. İbrahimoviçin 2003-2011-ci il mövsümündən çıxış etdiyi hər bir klub ölkə çempionluğuna qovuşub.

Bunlar 2004-cü ildə "Ayaks" (Hollandiya), 2005-ci və 2006-cı illərdə "Yuventus" (İtaliya), 2007, 2008, 2009-cu illərdə "İnter" (İtaliya), 2010-cu ildə "Barselona" (İspaniya) və 2011-ci ildə "Milan" (İtaliya) klublarıdır.

Gözəl mənzərəni "Yuventus"un 2005-ci və 2006-cı illərdə korrupsiya qalmaqalı ilə bağlı iki titulundan məhrum olması pozur.


oxunma sayı: 140 | Paylaş:




?>