')

Bu gün:


FutbolPress.Az | ABRAMOVİÇ CANLI ƏFSANƏNİ LONDONA GƏTİRİR

ABRAMOVİÇ CANLI ƏFSANƏNİ LONDONA GƏTİRİR


oxunma sayı: 125 Paylaş:

"Çelsi" baş məşqçisi Karlo Ancelotti ilə yollarını ayıracaq. London təmsilçisinin uğursuz oyun sərgiləməsi artıq rəhbərliyin səbr kasasını daşırıb. Klub rəhbərliyi yeni çalışdırıcı axtarışına da başlayıb.

Rəsmilərin Ancelottinin yerinə düşündüyü namizədlər sırasına bir vaxtlar "zadəganlar"ın heyətində "at oynadan" Cianfranko Zola da daxil edilib. Zola "Çelsi" forması ilə 312 matçda iştirak etmiş, rəqib qapılarından 80 qol keçirmişdi.

Türkiyə millisinin baş məşqçisi Quus Hiddinkin "Çelsi"nin təklifini rədd etməsindən sonra rəhbərlik italiyalı çalışdırıcı ilə danışıqlara başlayıb. Zolanın Londona gələcəyi yüksək qiymətləndirilir.

Komandadan ayrılacağı gözlənilən Karlo Ancelotti isə çox güman ki, "Roma" və "Yuventus" klublarından birinə qayıdacaq.


oxunma sayı: 125 | Paylaş:




?>