ZANETTİ DƏ ETOYA QOŞULDU
Paylaş:
"İnter"in kapitanı Xavyer Zanetti karyerasını Milan klubunda bitirəcəyini açıqlayıb. Təcrübəli futbolçunun müqaviləsinin sona yetməsinə hələ 2 il qalmasına baxmayaraq, onun Argentinaya qayıdacağı haqda xəbərlər dolaşırdı. Yayılan məlumatlara münasibət bildirən Zanetti deyib: "Xeyr, Argentinaya dönməyəcəyəm. Burada özümü evimdəki kimi hiss edirəm. 16 ildi "İnter"dəyəm. Bu klub mənə hər şey verdi. Karyeramı da burada bitirəcəyəm". Argentinalı oyunçu daha sonra əlavə edib: "Futbolla vidalaşdıqdan sonra Argentinaya gedə bilərəm. Ancaq həqiqət budu ki, ailəm Milanda çox xoşbəxtdi. Uşaqlarım İtaliyada məktəbə gedir. Yaşıl meydanlardan uzaqlaşdıqdan sonra ailəmlə daha çox vaxt keçirtmək istəyirəm". Bir müddət öncə "İnter"in digər futbolçusu Samuel Eto karyerasını Milan klubunda bitirəcəyini açıqlamışdı.
| Paylaş: