')

Bu gün:


FutbolPress.Az | PAYTAXT KLUBU KİSƏNİN AĞZINI AÇDI

PAYTAXT KLUBU KİSƏNİN AĞZINI AÇDI


oxunma sayı: 115 Paylaş:

Yeni mövsüm güclü heyət quraraq Seriya A-da çempion olmağı hədəfləyən "Roma" "Palermo"nun futbolçusu Xavyer Pastoreni transfer etməyə hazırlaşır. İtaliya mətbuatının verdiyi xəbərə görə, 21 yaşlı oyunçunun meneceri ilə görüşən və danışıqlara başlayan paytaxt klubu "Palermo"ya 30 milyon avro təklif edəcək.

Pastorenin "Roma"ya keçidi gerçəkləşərsə, təcrübəli futbolçunun 5 illik müqavilə imzalayacağı və ilinə 1,5 milyon avro qazanacağı bildirilir.

"Real" (Madrid), "Barselona", "Mançester Yunayted" və "Çelsi" kimi klubların da Pastore ilə yaxından maraqlandığı, ancaq "Roma"nın daha israrlı olduğu deyilir.


oxunma sayı: 115 | Paylaş:




?>