')

Bu gün:


FutbolPress.Az | YENİ ÇEMPİON ARTIQ İLK TRANSFERLƏRİNİ REALLAŞDIRDI

YENİ ÇEMPİON ARTIQ İLK TRANSFERLƏRİNİ REALLAŞDIRDI


oxunma sayı: 169 Paylaş:

"Roma"lı Filip Mekses və "Marsel"li Taye Taivo növbəti mövsümdən "Milan"ın uğurları üçün tər tökəcək. Bu barədə Seriya A-da çepionluğunu elan edən "rossonerlər"in baş məşqçisi Massimiliano Alleqri məlumat verib.

Sabah İtaliya Kubokunun yarımfinalında Palermo ilə cavab qarşılaşmasına çıxacaq "Milan"ın çalışdırıcısı açıqlamasında deyib: "Mekses və Taivo ilə çoxdan müqavilə imzalamışıq. Bu iki futbolçu ilə müdafiə xəttindəki problemləri həll etdik. Yarımmüdafiə və hücum xətti üçün kimlərin transfer olunacağı yaxın günlərdə aydınlaşacaq. Amma hər şeydən əvvvəl İtaliya Kubokudu".

Alleqri "Santos"dan Qanso və "Real"dan Kakanın "Milan"a keçidinə də münasibət bildirib: "İkisi də möhtəşəm oyunçulardı Kakanın karyerası hamıya bəllidi. Qanso isə gənc və bacarıqlıdı. Seçim etmək çox çətindi. Əvvəlcə Qalliani ilə danışmalıyam. O, texniki və maliyyə cəhətdən vəziyyəti dəyərləndirəcək".


oxunma sayı: 169 | Paylaş:




?>