')

Bu gün:


FutbolPress.Az | RƏCƏBOV ÖZÜNDƏN ZƏİFƏ UDUZDU

RƏCƏBOV ÖZÜNDƏN ZƏİFƏ UDUZDU


oxunma sayı: 335 Paylaş:

FutbolPress: Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku davam edir. Azərbaycan şahmatçıları 1/32 finalda fərqli nəticələr göstəriblər.

Bu dəfə Teymur Rəcəbov özündən zəif rəqibə uduzub. Vüqar Həşimov heç-heçə ilə razılaşdığı halda, Şəhriyar Məmmədyarov inamlı qələbə qazanıb. Bu gün həmyerlilərimiz rəqibləri ilə ikinci dəfə qarşılaşacaqlar.

Əgər ümumi hesabda qalib müəyyənləşməsə, 1/16 finala yüksələcək idmançının adı sabah tay-breykdə müəyyənləşəcək.
Rauf Məmmədovla Qədir Hüseynov isə mübarizəni 1/64 finalda dayandırıb.

1/32 final, ilk oyunlar
Konstantin Sakayev (Rusiya, 2619) - Teymur Rəcəbov (2748) - 1:0
Çjou Tszyançao (Çin, 2612) - Vüqar Həşimov (2758) - 0,5:0,5
Vadim Milov (İsveçrə, 2659) - Şəhriyar Məmmədyarov (2719) - 0:1

 


oxunma sayı: 335 | Paylaş:




?>