')

Bu gün:


FutbolPress.Az | ÇL "LİVERPUL"SUZ QALDI...

ÇL "LİVERPUL"SUZ QALDI...


oxunma sayı: 648 Paylaş:

FutbolPress: UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. Ötən gecə 4 qrupda 8 oyun baş tutub.
"Liverpul" səfərdə "Debretsen"i 1:0 hesabı ilə məğlub edib.

Amma bu Rafael Benitesin komandasına 1/8 finala vəsiqə qazanmaq üçün yetərli olmayıb. Çünki "Fiorentina" Florensiyada Lion "Olimpik"inə qalib gələrək, ingilislərin yolunu bağlayıb. Bununla da "Liverpul" Avropa Liqasına vəsiqə ilə kifayətlənməli olub. "Fiorentina" ilə "Olimpik" isə növbəti mərhələyə vəsiqəni təmin edib.

F qrupunda isə çətinliyə düşən "Barselona" "İnter"i məğlub edərək, turnir cədvəlinin birincisi olub. Qrupun digər oyununda - "Rubin" - "Dinamo" (Kiyev) matçında tərəflər hərəyə bir xal qazanıb. Bu, onu göstərir ki, qrupdakı qeyri-müəyyənliyə son turda aydınlıq gələcək.
G qrupunda 1/8 finala vəsiqəni təmin edən "Sevilya" Rumıniyada uduzaraq, "Unirea"nın şansını artırıb. İndi ikinci pillədə qərarlaşan rumınlara son turda "Ştutqart"la heç-heçə də sərf edir.

H qrupunda da bir vəsiqənin taleyi qeyri-müəyyən olaraq qalır. "Arsenal" bu hüququ çoxdan qazanıb. "Topçular" "Standard"ı yenməklə, belçikalıların işini çətinə salıb. "Olimpiakos" isə səfərdə "Alkmaar"la "sülh bağlayıb".


oxunma sayı: 648 | Paylaş:




?>