')

Bu gün:


FutbolPress.Az | AĞIRLIQQALDIRANLARIMIZ MEDALSIZDILAR

AĞIRLIQQALDIRANLARIMIZ MEDALSIZDILAR


oxunma sayı: 562 Paylaş:

FutbolPress: Koreyanın Qoyanq şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında davam edir. Bu gün daha bir idmançımız podiuma çıxıb.

B qrupunda yarışan 77 kq. çəki dərəcəsində Namiq Cəmilov 3 cəhdin yekununda 155 kq. çəkini ram edib. Amma bu nəticəylə o, yalnız 7-ci ola bilib. Təkanla qaldırma da isə Cəmilov 186 kq-dan artıq ağırlıqla bacarmayıb.

Ümumilikdə 331 kq. nəticəylə idmançımızın medalçılar sırasına düşməyəcəyi dəqiqləşib.
Yığmamız dünya çempionatında hələlik medal qazana bilməyib. Əvvəlki günlərdə bacarığını nümayiş etdirmiş Zülfüqar Süleymanov (62 kq) 6-cı, Əfqan Bayramov (69 kq) isə 10-cu yeri tutub.

 


oxunma sayı: 562 | Paylaş:




?>