')

Bu gün:


FutbolPress.Az | CÜDOMUZ ANTALYADA ZƏİFLİK GÖSTƏRDİ

CÜDOMUZ ANTALYADA ZƏİFLİK GÖSTƏRDİ


oxunma sayı: 378 Paylaş:

FutbolPress: Türkiyənin Antalya şəhərində 23 yaşadək cüdoçular arasında təşkil olunan Avropa çempionatına qatılmış Azərbaycan yığması cəmi 1 medal qazanıb. Milli komandamızın heyətində yeganə mükafatı Ramilə Yusubova əldə edib.

63 kq çəki dərəcəsində güləşən Yusubova rusiyalı Marta Labazina və sloveniyalı Maya Ursiçi məğlub edərək, yarımfinala yüksəlib. Lakin final ərəfəsində Alisa Şlesingerə (İsrail) uduzduğundan, təsəlliverici mərhələyə qatılıb. Ramilə bürünc medal uğrunda görüşdə də inamlı təsir bağışlayıb. O, polşalı Aqata Ozdobanı ippon fəndi sayəsində üstələyərək, 3-cü yeri tutub.

Digər təmsilçilərimizdən Vüqar Şirinli (60 kq) və Emil Həsənov (66 kq) medal qazanmağa yaxın olublar. Ancaq onlar müvafiq olaraq, 5-ci və 7-ci pillədə qərarlaşıblar. Nadir Babayev (73 kq), Kənan Nağıyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Emil Tahirov (+100 kq), eləcə də Aysel Osmanlı (52 kq) əsl fiaskoya düçar olublar. Adıçəkilən 5 cüdoçunun hamısı elə ilk mərhələdəcə mübarizəni dayandırıb.

Mənbə: apasport.az

 


oxunma sayı: 378 | Paylaş:




?>