')

Bu gün:


FutbolPress.Az | Şeş-qoşa üstündə Premyer-Liqa

Şeş-qoşa üstündə Premyer-Liqa


oxunma sayı: 1039 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Və ya Azərbaycan futbolu haqda təmsil

Premyer Liqanın bu ildən yeni sistemlə keçirildiyini bir daha xatırladaq: Bu il ölkə çempionatı 4 dövrəli sistemdə keçirilir. İlk iki dövrənin sonunda toplanan xallara görə 12 iştirakçı komanda iki 6-lığa bölünəcək. İlk 6-lıqdakılar çempionluq və Avrokuboklar uğrunda, digər cəbhədə isə çempionatı tərk etməməkçün oyunlar olacaq... Medallar uğrunda yarışanların sırasına düşəcək komandalar bunadək aralarındakı komandalardan ilk iki dövrədə əldə etdikləri xallarla mübarizəyə başlayacaqlar.
Bu sistemi bəyənməyənlər də var, bəyənənlər də. Bu barədə AFFAtərəfi mütəxəssislər çox nikbindilər. Nikbin olmayıb nə edəcəklər ki: məgər sistemi dəyişəcəklər?! Sistem dəyişən əvvəlcə özünü dəyişməyi bacarmalıdı. AFFA indiyədək göstərib ki, orada yalnız simalar dəyişir, simanın özü isə heç vaxt restavrasiya olunmur. Ən böyük problem isə Azərbaycanın futbol cameəsində AFFAvari düşünən və danışanların fikirlərinin inkarını iddia edə biləcək qüvvələrin yoxluğudu. Buna qarşı yalnız azad, peşə əqidəsini məsləyindən üstün tutan mətbuatın (...bir qism) təzyiqi ÖZBAŞINALIQLARIN qarşısını ala biləcək gücə malikdi. Bu mübarizə də bəzən səngiyə bilir: dünən danışdığını bu gün təkzib edən məşqçilərin, furbolçuların, klub rəhbərlərinin sayəsində...
Diqqət yetirin: çempionatın 11 turu rəqəmlərdə elə təəssürat yaradır, sanki komandalar ölüm-qalım mübarizəsindədi. Amma primitiv təhlillər belə aydınladar ki, ilk dövrənin yekununda 3 komandanın eyni xalla turnir cədvəlində liderliyi inkişafın yüksələn traektoriyası deyil. Premyer-Liqanın əksər oyunlarında, hətta derbilərdə belə, mübarizə ruhu görünmür. Qəribədi, bunu ayrı-ayrılıqda bir neçə komandanın baş məşqçisi etiraf edib, amma onlardan heç biri səbəbi özündə və komandasında görməyib. Ən yaxşı halda birvaxtlar tərif bumuna düşən yeni reqlamentin uyğunsuzluğu səbəb kimi göstərilir. Bəs araşdırma aparıb, tətbiq olunan yeni sistemdə çatışmazlıqlar, perspektivləri müəyyənləşdirmək istəyən müxbir kimdən real münasibət öyrənsin?! 4 dövrəli sistemi (bunu sistem yox, reqlament adlandırmaq daha məntiqli olardı) analiz etmək məqamıdı, amma heç bir mütəxəssisimiz bu barədə tutarlı, məntiqli arqumentlər bildirmədiyi üçün (bilərəkdən, çünki sərf eləmir) bu barədə planlaşdırılan məqaləni dərc etməyə lüzum görmədik.
Hələ yeni sistem tətbiq olunmamışdan əvvəl müzakirələr zamanı Vaqif Sadıqov müsahibəsində bu barədə fantastik proqnozlar verərkən sanmazdı ki, vaxt gələcək, "Neftçi"nin baş məşqçisi olacaq və acizanə şəkildə "4 dövrəli sistemi təkmilləşdirməyə ehtiyac var"- deyə, bəzi oyunlardakı uğursuzluğu "sığortalamaq" məcburiyyətində qalacaq. Və təəssüflənmirik ki, futbolumuzda əksəriyyət bu cür "elastik düşüncəlidi". Bu halın pataloji xarakter almasında bir növ, mətbuat da baiskar sayıla bilər.
Amacımız indiyəqədərki idman KİV-nin "yetişdirdiyi" bu cür mütəxəssislərdən, ziyalılardan imtina edib, ETİRAZ, ETİRAF etməyi bacaran futbol adamlarına tribuna tanımaqdı. Azərbaycan futbolunda hərtərəfli "dezinfeksiya" prosesinə və "düşünən beyin" və "aydın ideyalar" erasına başlamağın vaxtıdı!
Mütəxəssislərimizə bu adı doğrultmaq arzusuyla, Premyer Liqanın yeni reqlamentdə ilk dövrəsinin yaxşı-yaman cəhətlərini bu cür xarakterizə edirik: Ölkə çempionatının yeni reqlamenti ŞEŞ-QOŞA... Bir 6-lıqdan o biri 6-lığa can atmaq üçün baxır, kim "ZƏR TUTANDI"... Oyunçu aparsın...

Yazarın bütün yazıları

oxunma sayı: 1039 | Paylaş:




?>