')

Bu gün:


FutbolPress.Az | YOZEF BLATTER RÖVNƏQ ABDULLAYEVƏ: "RAZIYAM!"...

YOZEF BLATTER RÖVNƏQ ABDULLAYEVƏ: "RAZIYAM!"...


oxunma sayı: 533 Paylaş:

FutbolPress: Xəbər vermişdik ki, AFFA-nın rəhbəri Sürixə gedib!!! Orada FİFA-nın prezidenti Yozef Blatterlə görüş olub. Görüş baş tutub, özü də səmərəli şəkildə. Sürixdən qayıtdıqdan sonra Abdullayev təəssüratlarını və bəzi başqa şeyləri AFFA-nın rəsmi saytına danışıb: «Bildiyiniz kimi, FİFA-nın prezidenti cənab Yozef Blatterlə ilk görüşümüz bu il yanvarın 17-də Rusiyanın paytaxtı Moskvada keçirilmişdi. O zaman da Azərbaycan futbolunun inkişafı ilə bağlı səmərəli müzakirələr aparmışdıq. Sürixdəki görüş isə rəsmi xarakter daşıyırdı. Çox qısa zaman ərzində bu görüşün keçirilməsi ilə bağlı razılıq əldə olundu. Azərbaycan futbolunun hazırkı vəziyyətini, inkişaf perspektivini müzakirə etdik. Futbolun daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı AFFA tərəfindən hazırlanan layihələr barədə FİFA-nın rəhbərliyinə məlumat verdik. Baş katib Elxan Məmmədov AFFA-nın hesabatını təqdim etdi. Sevindirici haldır ki, FİFA-nın rəhbərliyi və şəxsən Yozef Blatter AFFA-nın fəaliyyətindən razı qaldığını bildirdi, Azərbaycan futbolu ilə bağlı olan bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını nümayiş etdirdi. Bu görüşlə bağlı çox xoş təəssüratlarımız var və inanıram ki, bu görüş FİFA ilə AFFA arasında mövcud olan əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək».

P.S. Bu görüş bir qədər mahiyyətinə varılmadan mətbuatda təqdim olundu. Görüşün məqsədi əslində, başqa idi: Rövnəq Abdullayevin 4 illik səlahiyyətinin bitməsinə az qalıb. AFFA-ya tapşırıq verilən "Futbolun inkişafına dair Dövlət Proqramı" yerinə yetirilməyib və bu istiqamətdə görülən cüzi işlər də yarımçıqdır. Belə bir vəziyyətdə Blatteri görüşə razı salıb, onun şablon müsbət fikirlərini almaq və Azərbaycanda tirajlamaq  futbolumuz üçün görülməli olan işlərin yerinə yetirilməməsini ört-basdır etməkdən başqa bi şey deyil.
Bu istiqamətdə müşahidələr və araşdırmalar daha da genişləndirilməli və AFFA-nın öz çatışmazlıqlarını bu cür yollarla gizləməsinə imkan verilməməlidi. Əslində, müəyyən yollarla KİV-in susdurulmaq planı hazırlanır. Amma azad, müstəqil fikirli KİV onsuz da bu istiqamətdə bütün əksikləri üzə çıxaracağını hədəfləyib.

 


oxunma sayı: 533 | Paylaş:




?>