')

Bu gün:


FutbolPress.Az | FİFA İRAQI FUTBOLDAN MƏHRUM ETDİ!

FİFA İRAQI FUTBOLDAN MƏHRUM ETDİ!


oxunma sayı: 646 Paylaş:

FutbolPress: FİFA-nın Fövqəladə Məsələlər üzrə Komitəsinin növbəti iclası keçirilib. Ali futbol qurumu İraq Futbol Assosiasiyasını iflic edəcək qərar çıxarıb.

Bundan sonra İraq yığmasının FİFA-nın bütün bütün yarışlarında iştirakı qadağan edilib. Bu ölkənin bütün yaş qrupları üzrə komandaları heç bir rəsmi və yoldaşlıq oyunları da keçirə bilməyəcək.

Belə ağır cəzaya səbəb İraqda dövlətin futbol qurumunun işinə ciddi müdaxilə etməsidir. FİFA İraqı bütün beynəlxalq futbol qurumlarında səs vermək hüququndan da məhrum edib. Cəzanın müddəti isə qeyri-müəyyəndir.

Qeyd edək ki, bu sərt cəzaya yalnız İraqın qadınlardan ibarət U-16 yığması məruz qalmayıb.

 


oxunma sayı: 646 | Paylaş:




?>