')

Bu gün:


FutbolPress.Az | FİFA FRANSA - İRLANDİYA MATÇINI YENİDƏN KEÇİRMƏKDƏN İMTİNA ETDİ

FİFA FRANSA - İRLANDİYA MATÇINI YENİDƏN KEÇİRMƏKDƏN İMTİNA ETDİ


oxunma sayı: 542 Paylaş:

FutbolPress: FİFA Fransa və İrlandiya milli komandaları arasında 2010-cu il dünya çempionatının pley-off mərhələsinin cavab görüşünün yenidən keçirilməsinin mümkünlüyünü istisna edib.

Bu barədə "The Guardian" qəzeti xəbər verib. Ali futbol qurumunun nümayəndəsi futbol qaydalarına əsaslanaraq, matçın gedişindəki oyun epizodlarında hakimlərin qərarlarının həlledici olduğunu açıqlayıb.

Bununla belə, İrlandiya Futbol Assosiasiyası FİFA-ya yenidən oynamaq xahişi ilə rəsmən müraciət edib. Noyabrın 18-də İrlandiya ilə Parisdə baş tutan görüşdə Fransa millisinin kapitanı Tyerri Anri topu əli ilə tənzimlədikdən sonra Uilyam Qallasa məhsuldar ötürmə verib. İsveçli baş hakim Martin Hansson isə bunu görməyib və qolu hesaba alıb. Ertəsi gün İrlandiyanın ədliyyə naziri Dermot Axern matçı yenidən keçirməyi tələb edib.

İrlandiyalılar 2005-ci ildə baş verən presedent əsasında belə bir tələblə çıxış ediblər. Həmin vaxt 2006-cı il dünya çempionatının Asiya zonasında Özbəkistan və Bəhreyn yığmaları arasındakı görüş hakimin "texniki səhv"i ilə əlaqədar yenidən keçirilib.

 

 


oxunma sayı: 542 | Paylaş:




?>