')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" MƏHKUMLARA ACIMADI

"NEFTÇİ" MƏHKUMLARA ACIMADI


oxunma sayı: 134 Paylaş:

Bu gün Bakıda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar ilə "Neftçi" futbol klubunun veteranlarından ibarət komandası arasında matç keçirilib. Oyunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Mili Olimpia Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə, eləcə də, Bakı şəhər Baş İdman İdarəsindən nümayəndələri izləyib.

Matç boyu çoxsəyli cəhdlərə baxmayaraq, məhkumlar veteranlara məğlub olub. 3:2 hesablı qalibiyyət sevincini yaşayan veteranlara sonda Mədət Quliyev və Çingiz Hüseynzadə kubok təqdim edib. Daha sonra həm məhkumlara, həm də veteran futbolçulara top hədiyyə edilib.

Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında belə yarışların tez-tez keçiriləcəyini bildirib.


oxunma sayı: 134 | Paylaş:




?>