TƏBRİZ HƏSƏNOV QONŞUSUNU MƏYUS ETDİ
Paylaş:
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. İranlı həmyaşıdları ilə qarşılaşan milli 2:1 hesabı ilə qələbə qazanıb. Matçda hesabı Təbriz Həsənovun yetirmələri açıb. 14-cü dəqiqədə Qurbanəli Əliyev fərqlənib. 35-ci dəqiqədə Karmollaçab Reza oyuna tarazlıq gətirib. İkinci hissənin 73-cü dəqiqəsində isə Orxan Əliyev iranlıları məyus etməklə yığmaya ilk qələbəsini qazandırıb.
| Paylaş: