')

Bu gün:


FutbolPress.Az | KAMRAN AĞAYEV: İNGİLTƏRƏ VƏ İSPANİYA KLUBLARINDAN TƏKLİF ALMIŞAM

KAMRAN AĞAYEV: İNGİLTƏRƏ VƏ İSPANİYA KLUBLARINDAN TƏKLİF ALMIŞAM


oxunma sayı: 181 Paylaş:

"Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli yığmasının qapıçısı Kamran Ağayev legioner həyatına başlaya bilər. Futbolçu ilə Almaniyanın "Ayntraxt" klubu maraqlanır. Ancaq Kamran Ağayevin də öz şərtləri var ki, bunlardan da birincisi "Ayntraxt"ın növbəti mövsümdə də Almaniya Bundesliqasında çıxış etməsidi.

"Transfer təklifləri çox olub. Ancaq bunların heç də hamısı real təklif olmur. Sadəcə şayiə xarakteri daşıyır. Mən həmişə iddialı kluba getmək istəmişəm. İngiltərə və İspaniya klublarından da çoxlu təkliflər gəlib. Ancaq bu klublar II, III liqa təmsilçiləri olub. Belə klublara transfer olunmaqdansa "Xəzər Lənkəran"da qalmağı üstün tutmuşam. Çoxları da bu amilə görə mənə özündən razı kimi baxıb. Ancaq əslində belə deyil" - deyə Kamran Ağayev anspress.com-a bildirib. 


oxunma sayı: 181 | Paylaş:




?>