NACİ ŞENSOY MÖVSÜMÜ QAPADI
Paylaş:
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Premyer Liqanın XXVIII turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib. "Neftçi" - "Bakı" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 81-ci dəqiqəsində "Turan"ın baş məşqçisi Naci Şensoy hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
"Xəzər Lənkəran" - AZAL matçının 24-cü və 84-cü dəqiqələrində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
"Gəncə" - "Turan" matçında "Gəncə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
| Paylaş: