')

Bu gün:


FutbolPress.Az | "FIRTINA" FANKLUBUNDAN ORİJİNAL ETİRAZ!

"FIRTINA" FANKLUBUNDAN ORİJİNAL ETİRAZ!


oxunma sayı: 251 Paylaş:

Həmişə yaradıcı, kreativ sloqan və pankartlarıyla gündəmə gələn cənublu fanatlar yenə formadadı. Bu dəfə "Fırtına" fanklubu rəsmi saytında bəyanatla çıxış edib. Görək, "Fırtına" nəyə etiraz edir:

Biz fanatlarımızın, fan klubumuzun, klubumuzun, ümumiyyətlə bizim üçün dəyərli olan məvhumların heç birinin haqqının tapdalanmasını sakit baxışlarla seyr etməmişik. Bundan sonra da belə bir niyyətimiz yoxdur. Lakin uzun müddətdir bizi qıcıqlandıran bir məsələ vardır ki, buna etirazımızı bildirmək məcburiyyətindəyik.

Hər kəsin bildiyi kimi oyunlar bitəndən sonra protokollar hazırlanır və bu PFL-in rəsmi saytında dərc olunur. Misal üçün son turun "Xəzər Lənkəran" 3:0 AZAL və "Neftçi" 2:0 "Bakı" qarşılaşmalarının protokollarına nəzər salın.

"23 aprel 2011. Saat 18:30. Lənkəran şəhər mərkəzi stadionu. 10500 tamaşaçı " və "23 aprel 2011. Saat 16:00. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı"

Bilirik ki, Fırtınalar meydanında çılğın bir şəkildə "Xəzər-Lənkəran"a dəstək olmağa gələn fanatlarımız PFL-in protokollarında "tamaşaçı" adlandırıldığını görərsə çox məyus olar. Ona görə də Fırtına fan klubu etiraz edir:

"Fırtınalar meydanında "Xəzər-Lənkəran"a dəstək olmağa gələn fanatların protokollarda "tamaşaçı" adlandırılmasına ETİRAZ EDİRİK ! Fırtınalar meydanına yalnız fanatlar gəlir, ən pis halda azarkeşlər gəlir. Tamaşaçıları Bakıdakı stadionlarda axtarın, bu söz bizim stadiona və fanatlarımıza yaddır. "

mənbə: firtina.az


oxunma sayı: 251 | Paylaş:




?>