')

Bu gün:


FutbolPress.Az | MÖVLUD MİRƏLİYEV DUBAYA APARILMADI

MÖVLUD MİRƏLİYEV DUBAYA APARILMADI


oxunma sayı: 378 Paylaş:

FutbolPress: Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində cüdo üzrə qran-pri yarışı başlanır.Yarışda 2 azərbaycanlı cüdoçu tatami üzərinə çıxacaq.

Komandamızın təcrübəli baş məşqçisi Ağayar Axundzadə Elxan Rəcəbli və Elxan Məmmədovdan medal gözləyəcək. Elxanlar müvafiq olaraq, 81 və 90 kiloqramda güləşəcəklər.

Məmmədov Dubaya öz çəki dərəcəsində Dünya Kubokunun qalibi kimi yollanacaq. Belə ki, Məmmədov bu yaxınlarda Bakıda keçirilmiş yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Bu mənada Məmmədov və özü qədər təcrübəli olan Rəcəblidən "qran-pri" yarışında medal gözləməyə dəyər.

Əslində Azərbaycanı "qran-pri"də üç idmançı təmsil etməliydi. Belə ki, Ağayar Axundzadə 100 kiloqram çəki dərəcəsində güləşən Mövlud Mirəliyevin xidmətindən istifadə etməyi planlaşdırırdı. Lakin zədədəsini yenicə sağaltmış idmançımızın səfərə çıxması mümkün olmayıb.Tam formasını hələ ki, bərpa etməyən Mövlud lisenziya yarışlarında qüvvəsini sınayacaq.

Mirəliyev 2008-ci yayında keçirilmiş Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Elə həmin yarışda zədələlən Mirəliyev son 1 ildə ciddi yarışlarda mübarizə aparmayıb.

 


oxunma sayı: 378 | Paylaş:




?>