')

Bu gün:


FutbolPress.Az | "QƏBƏLƏ" PSV İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYACAQ

"QƏBƏLƏ" PSV İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYACAQ


oxunma sayı: 174 Paylaş:

Türkiyənin Kuşadası bölgəsində futbol üzrə 2-ci beynəlxalq turnir çərçivəsində seminar keçirilib. Azərbaycanı seminarda "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov, məşqçilər Rəcəp Yazıcı, Sərdar Qafarov və Teymur Musayev təmsil ediblər.

Tədbirdə Türkiyə Futbol Federasiyasının (TFF) Futbol Şöbə direktoru Ərsun Yanal, onun müavinləri Cezmi Turan, Tevfik Eroğlu, eləcə də, İngiltərənin "Çelsi", "Sauthempton" və Niderlandın "PSV Eydhoven" klublarının akademiya nümayəndələri də təşrif buyurublar.

İki gün davam edən seminarda əcnəbi klublar akademiyalarının strukturu, iş mexanizmi, TFF rəsmiləri tərəfindən isə Türkiyədə mövcud akademiya liqaları, onların qurulma tarixləri və hazırkı vəziyyəti haqqında ətraflı məlumat verilərək yeniyetmə futbolçuların hazırlanması prosesi haqqında fikir mübadiləsi aparılıb.

"Qəbələ" klubunun təmsilçiləri görüş zamanı Cezmi Turanla Azərbaycan futbolu haqqında məlumat verilib. TFF nümayəndəsi isə Azərbaycanı ziyarət etmək və ölkə futbolu haqqında məlumat almaqda maraqlı olduğunu bildirib. Eyni zamanda, dünyanın ən güclü futbol akademiyalarından birinə sahib olan Niderlandın PSV klubunun təmsilçiləri ilə fikir mübadiləsi aparılaraq qarşıdakı illərdə əməkdaşlıq barədə razılıq əldə olunub.


oxunma sayı: 174 | Paylaş:




?>