RÖVNƏQ ABDULLAYEVİN "STRATEQİ" KİMDİ?
Paylaş:
Və ya ARDNŞ ilə AFFA arasında... FutbolPress: Uzun müddət idi ki, Rövnəq Abdullayevi həm ARDNŞ, həm də AFFA rəhbəri kimi- kompleks araşdırmağa cəhd göstərirdik. Abdullayev haqqında informasiyalar birəmanlı şəkildə ya federasiyayla bağlı olurdu, yaxud da neft infrastrukturuyla. Maraqlandığımız istiqamət üzrə araşdırma müddətində kifayət qədər informasiya toplaya bilmişik. Lakin onların əksəriyyətini hələ bir müddət dəqiqləşdirməyə ethtiyac var, sizə bildirəcəyimiz məqamlar isə araşdırılmış, yoxlanmış məlumatlardır. Bu məlumatları Sizə çatdırmaqda məqsədimiz ARDŞ prezidetinin əslində, futbola ayırdığı diqqətin və önəmin hansı səviyyədə olduğunu qismən də olsa müəyyənləşdirmək və onun iki mühüm vəzifədə hansı rol oynadığını aydınlaşdırmaqdı. Oxucular Rövnəq Abdullayevin federasiyadakı işinə çox vaxt ayıra bilməməsiylə bağlı müxtəlif məqalələrə tez-tez rast gəlir. Abdullayevin bu işinin öhdəsindən isə əksər hallarda federasiyanın baş katibi Elxan Məmmədovun gəldiyi deyilir. Biz isə müəyyənləşdirmişik ki, Abdullayevin ümumi iş planını quran, perspektivi planlaşdıran tamam başqa şəxsdi. Hansı ki son vaxtlar ARDNŞ-dən əlavə, AFFA-ya da nüfuzunu tam yeridib və onun müəllifi olduğu qərarlar sənədələşdirilir, həyata keçirilir. Elxan Məmmədov və Elşad Nəsirov isə federasiyada mahiyyətcə, kargüzarlıq işləriylə məşğuldular- verilən tapşırıqları sənədləşdirmək, yerinə yetirmək, yəni icraçı funksiyasını daşımaq. Maraqlıdı, həmin şəxs Rövnəq Abdullayevin işini çox səliqəli şəkildə nizamlayır və istiqamətləndirir. Bu, ARDNŞ mühafizə xidmətinin başçısı Rəşad Əliyevdi. Həmin Rəşad Əliyev ki Abdullayevin deputatlığa namizədliyinə 30 milyon dollarlıq PR (tanıtım) və nizamlama işini qüsursuz yerinə yetirib şəxs. Əliyev həmin ərəfələrdə Abdullayevin deputat olma şansının cüzi faizini özünün mükəmməl işiylə tam normaya sala bilib. Bildiyimizə görə, Abdullayevin namizədliyi ərəfəsində onun bütün dosyesi araşdırılacaq və maksimum həddə əngəl yaradılacaqdı. Çünki ARDNŞ prezidenti vəzifəsinə bir neçə nazir iddialı idi və bunun üzərində bütün qüvvələrini səfərbər etmişdilər. Lakin Rəşad Əliyev 30 milyon dolları balanslaşdırılmış şəkildə elə istifadə edib ki, "təmiz dosye" yaratmağa nail ola bilib. Bu işdə Əliyev təkcə pulun gücündən yox, dövlət təhlükəsizlik xidmətində olan nüfuzundan da lazımınca istifadə edib. Abdullayevin deputat seçilməsindən sonra ARDŞ-ə göz dikənlər aramsız "hücularını"səngitməli oldular. Bunda həm də Rövnəq Abdullayevin bu vəzifədə birbaşa ölkə prezidentindən dəstək alması onun çətin süquta uğradılmasını labüd edib. Bütün bu informasiyalar Abdullayevin heç də göründüyü kimi, sadəlövh bir "fiqur" olmadığını təsdiqləyir. Son vaxtlar "dərin mənbələrdən" gələn informasiyaların əksəri Rövnəq Abdullayevin AFFA-nı tərk edəcəyi, federasiyanın rəhbərlik strukturunda köklü dəyişikliklərin olacağı barədə olurdu. Lakin detallardakı məntiqsizlik informasiyanın ictimailəşməsinə və araşdırılmasına zəmin yaratmırdı. Bu dəfə tam müəyyən edə bilmişik ki, Abdullayev hələ uzun müddət bu vəzifədə olacaq- bunu ən azı ölkə prezidenti istəyib. Məslənin digər tərəfində də maraqlı detallar var. Belə ki, Rəşad Əliyev ölkə çempionatında iştirak edən bütün klublara tədricən nüfuz edə bilib. Bu nüfuzun məqsədi isə hər an dağınıq hala salınmaq təhlükəsiylə üz-üzə qalan Azərbaycan futbolunu vahid "detonatorda" birləşdirməkdi. Məsələn, mexanizmin ən sadə istiqamətlərindən biri belədi: çempionat iştirakçılarından hər hansı bir kluba legioner futbolçu gətirilirsə, onun ölkəyə daxil olması vahid bir mərkzədən idarə olunur. Əks halda, ölkə futboluna axıdılan pullar tez bir müddətdə "süni dövriyyədən" çıxarıla, minmsənilə bilər. "Süni dövriyyə" isə Rəşad Əliyevin müəllifi olduğu mexanizmlə AFFA tərəfindən idarə olunur: İstənilən bir legioner hansısa kluba transfer olunacaqsa, onun ölkəyə daxil olması bir turizm şirkətindən idarə olunur. Bu turizm şirkətinin icazəsi olmadan ölkəyə gətirilən legioner Azərbaycana daxil ola bilməz. Bütün bunlar məqsədyönlü şəkildə görülür. Bəli, Azərbayca futbolu bu qədər "kövrək" bir situasiyadadı. Hətta "legioner bumu" belə elə bir vəziyyət yaradar ki, futbol təsərrüfatında dərin böhran baş verə bilər. Hansı ki təqribən iki əvvəl bu böhranın işartları görünməkdəydi, lakin Rövnəq Abdullayevin "strateqi" Rəşad Əliyev bu təhlükəni anında hiss edib və bundan sonra Rövnəq Abdullayevin işi ARDNŞ-AFFA intervalında görülməyə başlanıb. Əks variant 30-40 milyon dollar arasında var-gəl edən (Rəsmi büdcə təxminən 15 milyondu) AFFA-dakı dövriyyənin "sovrulmasıyla" nəticələnə bilərdi. Teymur TALIBOV // FutbolPress.az
Abdullayevin alternativləri də hələ yoxdu. Ümumiyyətlə, AFFA rəhbəri sonuncu dəfə birbaşa prezidentin istəyi ilə bu vəzifəyə gəldiyinə görə, bu vəzifəyə iddialar xeyli səngiyib.
Mövzu hələ araşdırılmadadı. Təfərrüatları saytımızı müntəzəm izləməklə əldə edə bilərsiz.
| Paylaş: