')

Bu gün:


FutbolPress.Az | "QƏBƏLƏ"NİN FUTBOLÇULARI DÜNYA YIĞMASININ HEYƏTİNDƏ

"QƏBƏLƏ"NİN FUTBOLÇULARI DÜNYA YIĞMASININ HEYƏTİNDƏ


oxunma sayı: 124 Paylaş:

Bu gün Bakı vaxtı ilə saat 16:00-da "Qəbələ"nin iki futbolçusu Türkiyənin NTV Spor telekanalının efirində canlı yayımda olacaqlar. Söhbət "Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandasının üzvləri Fərid Əsədli və Bəhlul Mustafazadədən gedir.

Türkiyənin Kuşadası şəhərində "II Vodafone Beynəlxalq Turniri"ndə iştirak edən "Qəbələ" dünən 1/4 finalda İngiltərənin "Southempton" klubuna 0:1 hesabı ilə uduzaraq mükafatçılar sırasına düşmək şansını itirsə də, komandanın iki üzvü turnir təşkilatçılarının diqqətinin xüsusilə cəlb ediblər. Turnir çərçivəsində Türkiyə və xarici klubların ən yaxşı oyunçularından qurulmuş yerli və dünya yığmalarının qarşılaşmasına dəvət olunanlar arasında həmyerlilərimiz də var. Hücumçu Fərid Əsədli vurduğu qollarla, stopper Bəhlul Mustafazadə isə müdafiənin mərkəzində göstərdiyi inamlı oyunla xoş təəssürat oyadaraq dünya yığmasının heyətinə daxil ediliblər. Matç Türkiyənin NTV Spor telekanalı ilə Bakı vaxtı ilə saat 16:00-dan etibarən canlı yayımlanacaq.

Bu arada turnir çərçivəsində çox maraqlı seminar keçirilib. Seminarda Türkiyə Futbol Federasiyasının Futbol Şöbə direktoru Ərsun Yanal, onun müavinləri Cezmi Turan, Tevfik Eroğlu, eləcə də, İngiltərənin "Çelsi", "Sauthempton" və Hollandiyanın "PSV Eydhoven" klublarının akademiya nümayəndələri çıxış ediblər. "Qəbələ"ni seminarda Futbol Akademiyasının direktor müavini Nail Kərimov, məşqçilər Rəcəp Yazıcı, Sərdar Qafarov və Teymur Musayev təmsil ediblər. İki günü əhatə edən seminarda əcnəbi klublar akademiyalarının strukturu, iş mexanizmi, TFF rəhbərliyi isə Türkiyədə mövcud akademiya liqaları, onların qurulma tarixləri və hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib, eləcə də, yeniyetmə futbolçunun yetişmə prosesi haqqında öz fikirlərini bölüşüblər. "Qəbələ"nin əməkdaşları ilə şəxsi görüş zamanı Cezmi Turana Azərbaycan futbolu barəsində ətraflı məlumat verilib və TFF nümayəndəsi ölkəmizi ziyarət etməkdə və futbolumuz haqqında məlumat almaqda maraqlı olduğunu bildirib. Eyni zamanda dünyanın ən güclü futbol akademiyalarından birinə sahib olan PSV klubunun təmsilçiləri ilə fikir mübadiləsi aparılıb və qarşıdakı illərdə əməkdaşlıq etməyin mümkünlüyü barədə razılıq əldə olunub.


oxunma sayı: 124 | Paylaş:




?>