')

Bu gün:


FutbolPress.Az | ŞAHMATÇILARIMIZ ZƏİF NƏTİCƏ GÖSTƏRİRLƏR

ŞAHMATÇILARIMIZ ZƏİF NƏTİCƏ GÖSTƏRİRLƏR


oxunma sayı: 301 Paylaş:

FutbolPress: Moskvada şahmatın blits (sürətli) növündə dünya çempionatı keçirilir. Yarışda Pyotr Svidler, Vişvanatan Anand, Sergey Karyakin, Maqnus Karlsen, Vladimir Kramnik, Vasili İvançuk, Petr Leko, Dmitri Yakovenko, Anatoli Karpov kimi məşhur şahmatçılar yarışır. Mötəbər turnirdə yığma komandamızın iki üzvü - Avropa çempionları Vüqar Həşimov və Şəhriyar Məmmədyarov da qüvvələrini sınayırlar.

Artıq şahmatçılar hərəyə 28 görüş keçiriblər. Hər iki qrossmeysterimiz çempionata uğursuz başlayıblar. Xüsüsən də Şəhriyar potensialından aşağı səviyyədə çıxış edib. O, 14 oyunun yalnız 4-də qələbə qazanıb. Digər 10 görüşdə isə partiyadan xalsız ayrılıb.

Riskli oyunu sevən Məmmədyarov ilk gündə bir növ heç-heçə etməyəcəyinə söz verib. Dünən isə Şəhriyar ilk yarış günündə məğlub olduğu şahmatçıların bəzilərinə gücünü göstərib. Bunun nəticəsində idmançı xal ehtiyatını xeyli zənginləşdirib.

Qeyd: Şəhriyar keçirdiyi 28 görüşdən 13,5 xal toplayıb. Hazırda o, 10-11-ci yerləri bölüşdürür.
Vüqar isə 28 turdan sonra topladığı 11 xalla autsayderlər qrupunda qərarlaşıb. Turnirə bu gün yekun vurulacaq. Hər bir şahmatçı yenə 14 görüşdə qüvvəsini sınayacaq.

 


oxunma sayı: 301 | Paylaş:




?>