')

Bu gün:


FutbolPress.Az | "QƏBƏLƏ"Nİ İNGİLİSLƏR DAYANDIRDI

"QƏBƏLƏ"Nİ İNGİLİSLƏR DAYANDIRDI


oxunma sayı: 118 Paylaş:

Türkiyədə 2-ci Beynəlxalq Kuşadası turnirində qrup mərhələsini uğurla adlayan "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 1/8 final mərhələsində də müvəffəqiyyət qazanıb. Yerli "Turqutluspor"la üzləşən Qəbələ təmsilçisi Əli Səmədovun qolu sayəsində rəqibini 1:0 üstələyib.

Lakin 1/4 finalda İngiltərənin "Sauthempton" klubuyla qarşılaşan "Qəbələ" təəssüf ki, məğlubiyyətlə barışmalı olub - 0:1. 5-8-ci yerlər uğrunda mübarizə aparan komanda sabah növbəti oyununu keçirəcək.


oxunma sayı: 118 | Paylaş:




?>