BƏHRAM BAĞIRZADADƏN MİLLİYƏ DƏSTƏK
Paylaş:
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya oyununun biletləri aprelin 21-dən etibarən satışa çıxarılıb. Bu gün Park Bulvar Alış-Veriş Mərkəzində yerləşən satış məntəqələrinin birində millinin sadiq azarkeşi Bəhram Bağırzadə bilet alıb və fikirlərini bildirib: "Bakıda Almaniya ilə keçiriləcək oyuna bir aydan da artıq vaxt qalır. Buna baxmayaraq, mən həmin qarşılaşmanı izləmək üçün artıq bilet almışam. Bütün azarkeşləri yığmamızı dəstəkləmək üçün stadiona dəvət edirəm. Əgər komandamız Türkiyə ilə qarşılaşmadakı kimi əzmkar mübarizə aparsa, qarşıdakı oyunlarda da uğur qazana bilərik".
| Paylaş: