')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"IN OYUNU YENƏ "OFSAYDDA" QALDI

"XƏZƏR LƏNKƏRAN"IN OYUNU YENƏ "OFSAYDDA" QALDI


oxunma sayı: 156 Paylaş:

Azərbaycan Premyer Liqasının XXVIII turunun bu həftə keçiriləcək dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. İlk oyun günündə "Şəfa" stadionunda oynanılacaq "Muğan" - "Simurq" görüşü "İdman Azərbaycan", saat 16:00-da start götürəcək "Neftçi" - "Bakı" matçı AzTV vasitəsilə nümayiş olunacaq.

İkinci oyun günündə "Qəbələ" - MOİK qarşılaşması "Lider TV", "Qarabağ" - "İnter" görüşü isə "İdman Azərbaycan"ın efirində olacaq.

Əəvvəlki turda olduğu kimi, azarkeşlər bu dəfə də liderlər qrupuna daxil olan "Xəzər Lənkəran"ın AZAL-a qarşı matçını televiziyada canlı izləyə bilməyəcəklər.

Premyer Liqa XXVIII tur

23 aprel (şənbə)

14:00. "Muğan" - "Simurq"
"Şəfa" stadionu. (canlı, "İdman Azərbaycan")

16:00. "Neftçi" - "Bakı"
Tofiq Bəhramov adına Respublika stadionu. (canlı, AzTV)

24 aprel (bazar)

16:00. "Qəbələ" - MOİK
Qəbələ şəhər stadionu. (canlı, "Lider TV")

16:30. "Qarabağ" - "İnter"
Toiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. (canlı, "İdman Azərbaycan")


oxunma sayı: 156 | Paylaş:




?>