')

Bu gün:


FutbolPress.Az | "MİRÇA REDNİK ANCAQ ÖLKƏ KUBOKUNA ÜMİD EDƏ BİLƏR"

"MİRÇA REDNİK ANCAQ ÖLKƏ KUBOKUNA ÜMİD EDƏ BİLƏR"


oxunma sayı: 122 Paylaş:

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin ölkəsinin mətbuatı Azərbaycan Premyer Liqasında baş verənləri həmişə diqqət mərkəzində saxlayır. Cənub təmsilçisinin ardıcıl 4 oyunda meydanı qələbəsiz tərk etməsi rumınların diqqətindən yayınmayıb. Artıq Lənkəran klubundan 8 xal irəlidə olan çempionatın hazırki lideri "Neftçi"nin çempion olacağı bildirilir.

Həmkarlar Premyer Liqa haqda bunları yazıb: "Son turdan "Neftçi" qələbə qazanmaqla "Xəzər Lənkəran"la xal fərqini 8-ə yüksəltdi. Sona 5 tur qalsa da, "Xəzər Lənkəran"ın çempion olmaq şansı yoxdu. Mövsümün əvvəlində Rednik "Xəzər Lənkəran"ın heyətini bir neçə rumıniyalı futbolçu ilə gücləndirsə də, görünür bunun heç bir faydası olmayıb. Mirça Rednik ancaq ölkə kubokuna ümid edə bilər".


oxunma sayı: 122 | Paylaş:




?>