"XƏZƏR LƏNKƏRAN"LI OLMAQ ŞƏRƏFDİ!"
Paylaş:
"Xəzər Lənkəran" azarkeşləri komandaya dəstək kampaniyası keçirib. Ardıcıl 4 oyunda qələbə qazana bilməyən Mirça Rednikin yetirmələrini ruhlandırmaq istəyən fanatlar ötən gün baş tutan məşqə xüsusi pankartla yollanıb. Azarkeşlər cənub təmsilçisinin məşqinə üzərinə - "Xəzər Lənkəran"lı olmaq şərəfdi" - yazılmış pankart aparıblar. Azarkeşlərin dəstəyindən ruhlanan futbolçular da eyni qaydada cavab veriblər. Daha sonra məşqi izləyən azarkeşlər bir-bir futbolçuların adını çəkərək, alqışlayıblar. Köməkçi məşqçilərin, həkimlərin, inzibatçıların və komandanın tərcüməçisinin də adı eyni qaydada çəkilib. Ardınca - "Hər yerdə, hər zaman biz səninləyik" - şüarı səsləndirilib.
Bununla eyni vaxtda məşqi izləyən bir qrup məktəbli və gənc "Xəzər Lənkəran" - AZAL oyununun afişalarını başları üzərinə qaldırıblar.
| Paylaş: