')

Bu gün:


FutbolPress.Az | "ƏNƏNƏ" DAVAM EDİR

"ƏNƏNƏ" DAVAM EDİR


oxunma sayı: 154 Paylaş:

İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Milli B qrupunda 3-cü yeri tutmuş İtaliyanın "Palermo" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun italiyalı futbolçuların minimal hesablı qələbəsi ilə başa çatıb.

Vəli Qasımovun yetirmələri ilk oyunda İspaniyanın "Barcelona" klubuna 2:4, İtaliyanın "Napoli" klubuna isə 1:3 hesabıyla məğlub olmuşdu.

Azərbaycan yığması bu gün Özbəkistanın "Bunyodkor" komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.


oxunma sayı: 154 | Paylaş:




?>