')

Bu gün:


FutbolPress.Az | ƏLİ İSMAYILOV HƏLƏ 3 İL RİNQDƏ OLACAQ

ƏLİ İSMAYILOV HƏLƏ 3 İL RİNQDƏ OLACAQ


oxunma sayı: 322 Paylaş:

FutbolPress: Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov karyerasını yaxin vaxtlarda bitirmək fikrində olmadığını deyib. Hazırda 35 yaşı olan "Bürünc Əli" ləqəbli boksçu ən azı 37-38 yaşlarında peşəkar rinqlə vidalaşmaq haqda düşünəcəyini bildirib.

İsmayılov karyerasını bitirəndə estafeti oğlu Məhəmməd Əliyə təhfil verəcək: "Hələ döyüşmək üçün gücüm var. Hazırda getmək yox, yeni uğurlar qazanmaq barəsində düşünürəm. Eşitmişəm ki, Vitali Kliçko karyerasını bitirmək niyyətindədir.

Mən də onun yaşına gələndə idmandan gedəcəyəm. Yəqin ki, 38 yaşım olanda artıq döyüşməyəcəyəm. Həm də bir gözləməm var. Oğlum Məhəmməd Əli yaşa dolsun, yerimi ona verib gedim. Tanışlarıma deyirəm ki, o, 21-ci ərsin Məhəmməd Əlisi olacaq. Bədən quruluşu, duruşu və baxışından idmançı təsiri bağışlayır. Amma hələlik balaca olduğundan onu çox yükləmirəm. Sadəcə, yanıma gəlib yüngül məşqlər edir".

 


oxunma sayı: 322 | Paylaş:




?>