')

Bu gün:


FutbolPress.Az | USEYN BOLTUN MƏQSƏDİ...

USEYN BOLTUN MƏQSƏDİ...


oxunma sayı: 348 Paylaş:

FutbolPress: 3 qat dünya və 3 qat olimpiya çempionu, yamaykalı rekordçu atlet Useyn Bolt yeni hədəfləri barədə danışıb.

O, 200 metr məsafəyə qaçışda dünya rekordunun sahibi 400 metrin yeni kralı olmaq istəyir: "Qarşıdakı yarışlarda 400 metr məsafəyə qaçmağı planlaşdırıram. Hədəfim əfsanəvi idmançılar sırasında yer almaqdır. Bunun üçün olimpiya oyunlarında və dünya çempionatlarında mümkün qədər daha çox qızıl medal qazanmalıyam".

Məlum olduğu kimi, Bolt yarışdan öncə və sonra müxtəlif əl hərəkətləri ilə tribunadakıları coşdurur. 23 yaşlı idmançının fikrincə, o, bu yolla rəqiblərinin əhval-ruhiyyəsini xeyli yüksəldir:

"Bu hərəkətlərimdən indiyə qədər heç kim şikayət etməyib. Əksinə, mən onların vəziyyətlərini yaxşılaşdırıram. Bu davranışımla idmana bir qədər zövq qatmaq istəyirəm. Çoxu məni dopinq qəbul etməkdə günahlandırır. Amma mən hər zaman "təmiz" olduğumu söyləyirəm. Bunu söyləyən zaman çox səmimiyəm. Güclü olduğuma görə, yeni rekordlar müəyyənləşdirirəm".

 


oxunma sayı: 348 | Paylaş:




?>