')

Bu gün:


FutbolPress.Az | LİONEL MESSİ TƏHLÜKƏDƏDİ (FOTO)

LİONEL MESSİ TƏHLÜKƏDƏDİ (FOTO)


oxunma sayı: 187 Paylaş:

Sabah İspaniya Kubokunun finalında zəli rəqiblər "Real" və "Barselona" üz-üzə gələcək. Final oyunu öncəsi Kataloniya klubunu böyük təhlükə gözlədiyi bildirilir.

Buna səbəb isə "Barsa"nın qaldığı otelin "Real" azarkeşlərinin stadiona getdiyi yolun üstündə yerləşməsidi. Yəni, Valensiya polisi matç saatında stadiona gedən 25 min madridli azarkeşlər tərəfindən "Barselona"ya qarşı hər hansı bir təxribatın törədiləcəyindən ehtiyatlanır.

Qvardiolanın komandası hər dəfə Valensiyaya gələrkən məhz bu oteldə məskunlaşır. Lakin "Barselona"ın bu dəfəki rəqibinin "yarasalar" deyil, məhz "Real" olması isə təhlükəsizlik xidmətinin işini daha da çətinə salıb.

"Valensiya"nın "Mestalya" stadionunda keçiriləcək "Real" - "Barselona" matçının start fiti sabah Bakı vaxtı ilə saat 00:30-da veriləcək.


oxunma sayı: 187 | Paylaş:




?>