')

Bu gün:


FutbolPress.Az | "BARSELONA" ASLANA, "REAL" İSƏ SİÇANA BƏNZƏYİRDİ"

"BARSELONA" ASLANA, "REAL" İSƏ SİÇANA BƏNZƏYİRDİ"


oxunma sayı: 151 Paylaş:

La Liqanın son turunda üz-üzə gələn "Real" - "Barselona" qarşılaşmasının üstündən bir neçə gün keçməsinə baxmayaraq, matç ətrafında danışılanlar hələ də gündəm yaradır. "Marca" qəzetinin verdiyi xəbərə görə, Madrid klubunun fəxri prezidenti Alfredo di Stefano Mourinyonun komandasının "Barsa"ya qarşı oyunu tənqid edib: "Mən "Barselona"nın oyununa, meydana hakim olmasına heyranam. Kataloniyalıların nümayiş etdirdiyi oyuna gözlə yox, ürəklə baxırsan. Onlar sanki topun qarşısında baş əyir, onu sığallayır. "Real" isə bu qarşılaşmada rəqib qarşısında qorxuya düşmüş məzlum canlını xatırladırdı. "Barselona" aslana, "Real" isə siçana bənzəyirdi".


oxunma sayı: 151 | Paylaş:




?>