')

Bu gün:


FutbolPress.Az | "BEŞİKTAŞ" YENİ MÖVSÜMÜN İLK TRANSFERİNİ REALLAŞDIRDI

"BEŞİKTAŞ" YENİ MÖVSÜMÜN İLK TRANSFERİNİ REALLAŞDIRDI


oxunma sayı: 158 Paylaş:

"Beşiktaş" Super Liqanın yekununa 5 tur qalmış transfer hərəkatına başlayıb. Mövsümün sonunda Ferrari və Sivoku göndərəcək İstanbul klubu 4 müdafiçi almağı planlaşdırır. Müdafiə xəttində artıq bir yer dolub. Dayaq müdafiəçisi axtaran "Qara qartal" istədiyini Portuqalidan tapdı.

Yayda "Braqa" ilə müqaviləsi bitəcək Paulao "Beşiktaş"la razılğa gəlib. 28 yaşlı, 1,88 boyunda olan futbolçu müdafiədəki uğurlu oyunu ilə yanaşı hücuma da tez-tez dəstək verməsi ilə diqqət çəkir. Bu mövsüm 28 matçda 3 qol vuran Paulao komandasının Avroliqanın yarımfinala çıxmasında böyük pay sahibi olub.

"Beşiktaş"ın rəhbərliyinin təlimatı ilə Portuqaliyaya gedən menecer Ahmet Bulut Paulao ilə görüşərək ilkin razılığa gəlib.


oxunma sayı: 158 | Paylaş:




?>