')

Bu gün:


FutbolPress.Az | KATALONİYA ONU ÇOX İSTƏYİR

KATALONİYA ONU ÇOX İSTƏYİR


oxunma sayı: 165 Paylaş:

La Liqanın hazırki lideri "Barselona" idman direktoru Andoni Zubizaretta ilə olan müqaviləsini 2013-cü ilə qədər uzadıb. Kataloniya klubunun sabiq qolkiperi Zubizaretta İspaniyada ən çox oyun keçirən (126) futbolu idi.

Hazırda komandasının idman direktorluğu vəzifəsini icra edən təcrübəli mütəxəssis verdiyi açıqlamada deyib: "Hədəfimiz böyükdü. Meydana daim qələbə üçün çıxırıq. Gücümüzə inanırıq. Oyun stilimizə hər zaman sadiq qalırıq".

"Barselona" La Liqanın sonuna 6 tur qalmış ən yaxın izləyicisi "Real"ın 8 xal önündə liderliyini davam etdirir. Qvardiolanın komandası çərşənbə günü Kral Kubokunun finalında "Real"la üz-üzə gələcək. 2 həftə sonra isə bu komandalar Çempionlar Liqasının yarımfinalında qarşılaşacaq.


oxunma sayı: 165 | Paylaş:




?>