')

Bu gün:


FutbolPress.Az | TOPLA SAQQALI ARASINDA QALAN FUTBOLÇU KİMDİ?

TOPLA SAQQALI ARASINDA QALAN FUTBOLÇU KİMDİ?


oxunma sayı: 211 Paylaş:

Tacikistan Sper Liqasında çıxış edən "Hayr" klubunun futbolçusu Pərviz Tursunovun saqqalı başına dərd açıb. Məsələ burasındadı ki, komandanın ən sərrast oyunçusunun saqqalı qədərindən də uzundu. Bu isə Daxili İşlər Nazirliyinin əməkdaşlarına xoş gəlməyib. Ona görə də, Tursunovun qarşısına şərt qoyulub: ya saqqalını qırxmalısan, ya da futboldan getməlisən.

"Hayr"ın baş məşqçisi Tahir Muminov verdiyi açıqlamada klubun xarici görünüşünə görə Pərvizlə heç bir probleminin olmadığını deyib: "Tursunovun xarici görünüşüylə bağlı Daxili İşlər Nazirliyilə problemi var. Bizimlə heç bir əlaqəsi yoxdu".

Saqqalı sinəsinə qədər uzanan Tursunov isə saqqalla futbol arasında seçim qarşısında qalacağı halda futboldan gedəcəyini bildirib.

Bu arada Tacikistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamada idmançılara saqqal qadağasının olmadığını və futbolçunun saqqalını uzatması səbəbindən ona təzyiq göstərən əməkdaşların cəzalanacağı vurğulanıb.


oxunma sayı: 211 | Paylaş:




?>