')

Bu gün:


FutbolPress.Az | "BUNLAR SADƏCƏ DEDİ-QODUDAN İBARƏTDİ"

"BUNLAR SADƏCƏ DEDİ-QODUDAN İBARƏTDİ"


oxunma sayı: 128 Paylaş:

Son günlərdə xüsusilə İtaliya mətbuatında "İnter"in prezidenti Massimo Morattinin hazırda "Real"ın baş məşqçisi olan Joze Mourinyonu yenidən komandanın başına gətirəcəyi haqda xəbər yayılmışdı.

Klub rəsmisi açıqlama verərək portuqaliyalı mütəxəssislə hər hansı bir danışığın olmadığını və olmayacağını söyləyərək yayılan xəbərləri təkzib edib.

Mətbuata danışan Moratti - "Qəzetlərdə Mourinyonu yenidən "İnter"ə qaytarmağımız haqda xəbərlər oxuyuram. Bunlar sadəcə dedi-qodudan ibarətdi. Bir neçə matçda qələbə qazanmadıq deyə Leonardonu göndərəsi deyilik. Komandaya gəldiyindən bəri etdikləri göz qabağındadı. Onu "İnter"dən göndərmək fikrimiz yoxdu" - deyib.


oxunma sayı: 128 | Paylaş:




?>