ŞAHİN MÖVSÜMÜ QAPADI
Paylaş:
"Borussiya"nın türkiyəli futbolçusu Nuri Şahin mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, Dortmund təmsilçisinin son turda "Frayburq"u 3:0 məğlub etdiyi matçda sağ dizindən zədə alan təcrübəli oyunçu ay yarım komandasına kömək edə bilməyəcək. Klub həkimi Markus Braun da mövsümün sonuna qədər Nurinin oynamasının mümkün olmadığını deyib. "Frayburq" üzərindəki qələbə ilə ən yaxın izləyicisi "Bayer"lə xal fərqini 8-ə yüksəldən "Borussiya" 2000-2001 mövsümündən bəri ilk Bundesliqa çempionluğunu qazanmağa çalışır.
| Paylaş: