')

Bu gün:


FutbolPress.Az | İRAQ.. FOQTSUN KOMANDASINDAN...

İRAQ.. FOQTSUN KOMANDASINDAN...


oxunma sayı: 627 Paylaş:

FutbolPress: Dünən Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində təşkil olunan beynəlxalq turnirdə ilk oyununu keçirib. Foqtsun baş məşqçisi olduğu komandanın Asiya kubokunu qazanmış İraq yığmasına qalib gəlmək sevdası məntiqi sonluqla nəticələnib- məğlubiyyət- 1:0.

Alman məşqçiylə yenicə daha 2 illik müqavilə imzalayan AFFA bir daha əmin ola bilmədi ki, bu mütəxəssis Azərbaycan futbolu üçün arzuolunan nəticələr verə bilməyəcək. Amma sadə azarkeş belə millinin oyununda xaotik futbolun şahidi oldu.

Xüsusən, Foqts yenə də Daniel Axtyamovun bütün oyun boyu meydançada gəzişməsini sadəcə, müşahidə etməsi və Zeynal Zeynalov kimi "universal" futbolçunu meydana buraxmasını hansı məntiqlə edəcək deyə, ritorik bir sual yaranır.
İraq komandası bu oyunda taktiki və oyun sistemində Foqtsun komandasından birbaş üstün olduğunu nümayiş etdirdi...

Bu arada, federasiyanın rəsmi saytı (affa.az) oyun barədə məlumat yerləşdirməkdənsə, fotoreportajla kifayətlənib.

Şəkillərə baxaq, "iraq olsun"...


Dediyimiz kimi, onların milli komandası...

Bu, gördüyünüz, topa təpik atan oğlan Daniel Axtyamov ad-soyadlı müəmmalı bir futbolçudu...

Berti, arxadakı araba səni aparmağa gəlib- min, sür, get...

Yəqin Elxan Məmmədov belə epizodlara görə deyir- komandamız çox əzmkar iqral...


 


oxunma sayı: 627 | Paylaş:




?>