')

Bu gün:


FutbolPress.Az | AĞASƏLİM MİRCAVADOVUN "XL" PLANI VƏ "XƏZƏR LƏNKƏRAN"

AĞASƏLİM MİRCAVADOVUN "XL" PLANI VƏ "XƏZƏR LƏNKƏRAN"


oxunma sayı: 1054 Paylaş:

FutbolPress: "Xəzər-Lənkəran"ın yaranması, təzahürü Azərbaycan futbolunda ayrı bir dəsti-xəttə məxsusdu. Amma indi bu barədə deyilənlər əvvəlki kimi hay-küylü deyil. Bir müddət əvvəl futbola bu və ya digər formada aidiyyatı olan əksəriyyət bu fikirdə idi: "Xəzər Lənkəran" Azərbaycan futboluna canlanma, hərəkətlilik gətirdi.

Həqiqətən, bu klub digərlərinin də inkişafa cəhd göstərməsinə sanki bir tramplin rolunu oynamış oldu. Məsələn, Lənkəranın komandası çempionatda liderliyə oynayanda söhbət təkcə Cənub təmsilçisinin azarkeş dəstəyindən deyil, həm də klubun rəhbərliyindən danışmaq, onu müzakirə etmək barədə olurdu. Klub tədricən, Azərbaycan səviyyəsində bir brendə, bir az da pafoslu desək, etalona çevrilmək yolundaydı. Amma...

Gün gələcəkdi, "Xəzər Lənkəran" da subyektiv maraqların poliqonuna çevriləcəkdi. Ovaxtadək ki, klubun administrasiyasında aparıcı olanlar: Vüsal Cəlilov, Tuyqun Nadirov və o vaxt vitse-prezident vəzifəsində olan Mais Mənsimov və digər idarəçilər iş yerindən qovulacaqdı. Bu olay "Xəzər Lənkəran"ın parlamaqda olan nüfuzuna zülmət bir kölgə çökdürdü...

Bütün bunlarda sonra yenə də zaman öz axarıyla klubu naizamlamaqdaykən, yenidən zülmət... Klubda adi administrativ iş metodikasını bilməyənlər, yenidən vəzifələrinə qaytarıldılar.

Buna klubun sonradan rəmzi- fəxri prezidenti vəzifəsinə keçib, özünü bu çirkinliklərdən uzaq tutmaq istəyən Mübariz Mənsimov məcbur oldu. Çünki onun planlaşdırdığı və layihələr formasında hazır olan böyük işləri görə biləcək gücdə deyildi sabiq idarəçi heyət. Amma ən adi məişət səviyyəsində Mübariz bəy keçmiş "qvardiyanı" geri qaytarmağa məcbur edildi.

Həmin keçmiş qvardiyanın "mogikanı" isə baş məşqçi Ağasəlim Mircavadovdu. Onun geri qaytarılması mətbuat və "Xəzər Lənkəran fanatları tərəfindən birmənalı qarşılanmadı. Yenidən bu kluba Azərbaycan səviyyəsindən yanaşma davam etməyə başladı.

Komandadan kənarlaşdırıldıqdan sonra müsahibələrinin birində, "Mən arzulanmayan yerdə olub kimisə narahat etmərəm" desə də, artıq bu mövsümdən komandada işləməyə başlayan Mircavadov mircavadovvari planlarını işə salmağa başlayıb. Ölkənin təcrübəli idman yazarlarının Mircavadov haqda xarakteristikasını cəmləşdirsək, belə bir fikir yaranır: "O, səviyyəli futbolçulara yox, öz istədiyi futbolçularla nəticə verə bilir". Bu ifadənin altqatını araşdırmadan şöhrət ordenli məşqçinin bəzi nöqsanlarını deyək: O, bir neçə dəfə klubun çalışdığı bir strategiyaya qətiyyən uyğun gəlməyən addımlar atıb.

"Xəzər Lənkəran" ölkədə aborigen və tamailə gəncləşdirilmiş, gələcəyi hədəfləyən bir heyəti qarşıya məqsəd qoysa da, Mircavadov yenə öz bildiyini yeridir. Buyaxınlarda heyətdən qovulan gən və perspektivli Rəşad Kərimov açıqlamalarında üstüörtülü də olsa, vəziyyətə eyham vurdu. Mircavadov gəncləşdirmə və ya heyəti funksionallaşdırma kimi reallıqlara utopik yanaşır. Adamın öz yanaşması var, vəssalam. Bircə Kazım Kazımlını arabir heyətə oyuna buraxır, o da oyun bitənə yaxın- görüntü xatirinə...

Mircavadov "Xəzər Lənkəran"ın zədələnən "onurğasını" daha da təhlükəli duruma atır. Bizdə olan məlumatlara görə, Cambazov Ağasəlimin onu tezliklə heyətdən kənarlaşdıracağını duyduğu üçün klubdan qaçıb. Qara iş indi də Svetkov üzərində aparılır. Hələ klubda bir neçə legioner də "özüm getmək istədim"- deməyə məcbur ediləcək. Mircavadov "Xəzər Lənkəranı" öz ölçüsünə salmağı hədəfə alıb- XL (ölçü)...

Deyilənə görə, Zaur Ramazanov və adını hələ bildirmək istəmədiyimiz "ağasəlimin dostları" yenidən "Xəzər Lənkəran"a gətiriləcək. Rəhbərliyə bu planın izahı da hazırdı: Sizə nəticə lazımdısa, biz bunu veririk. Amma istədiyimiz heyətlə...

Yuxarıda qeyd etdik axı, Mircavadova nəticə qazanmaq üçün mütləq deyil ki, mükəmməl heyət olsun. O, özünə lazım olan heyətlə (Çünki onların transferi sərfəlidi Mircavadovun özü üçün) buna nail ola bilər. Hansı yollarla.. arifə bir işarə yetər...
Bir qədər gələcəyə yönəlik analiz olunsa, "Xəzər Lənkəran" ən azı bu mövsümü də əldən vermiş sayıla bilər və bu, heç də Mübariz Mənsimovun planlarına şad xəbər sayılmamalıdı. Mənsimov bir ticarət ası kimi yaxşı bilir ki, hər uğursuz mövsümə görə klubun büdcəsini azaltmaqla nə demək istəyir...

Əslində, ən real və məntiqli yanaşma da elə budu, çünki Azərbaycanda futbola sərf edilən pullar havaya sovrulmuş olur. Xüsusən də bu pulun heç dəyəri yoxdusa.


oxunma sayı: 1054 | Paylaş:




?>